Çinin 10 illik istiqrazlarının gəlirliliyi rekord minimuma düşüb | Banco.az

Çinin 10 illik istiqrazlarının gəlirliliyi rekord minimuma düşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin Mərkəzi Bankının (PBOC) son faiz endirimindən sonra 10 illik istiqrazların gəlirliliyi rekord minimuma düşüb.

Banco.az xəbər verir ki, Çin Xalq Bankının (PBOC) zəifləyən iqtisadiyyatı gücləndirmək üçün həyata keçirdiyi son faiz endirimləri uzunmüddətli istiqraz gəlirlərini yüksəltmək səylərini sarsıdır.

Ölkədə 10 illik istiqrazların gəlirliliyi bu gün 2,17 faizə qədər aşağı düşməklə 2002-ci ilin minimumuna geriləyib.

Qeyd edək ki, dünyanın ikinci ən böyük iqtisadiyyatının gedişatı ilə bağlı artan bədbinlik, investorların təhlükəsiz sığınacaqlara üz tutması və faiz dərəcələrinin daha da aşağı salınacağı gözləntiləri istiqraz gəlirlərinə təzyiq göstərir.

Ən sərfəli kredit üçün müraciət et

Çin Mərkəzi Bankı hesab edir ki, həddən artıq aşağı gəlirlilik maliyyə sabitliyinə təhlükə yaradır və yuana təzyiq edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram