Unibank
İnformasiya sistemlərinin mühafizəsi üzrə Aparıcı Mütəxəssis
Vakansiya haqqında məlumat:
Təsvir
- İnformasiya Təhlükəsizliyi sistemlərinin layihələndirilməsi, konfiqurasiyası, idarə edilməsi və nasazlıqların aradan qaldırılması;
- Davamlı təkmilləşdirmə yolu ilə əsas infrastrukturun maksimum performansa, təhlükəsizliyə və əlçatanlığa nail olmasını təmin etmək;
- Təhlükəsizlik siyasətlərini, standartlarını və prosedurlarını tətbiq etmək;
- Siyasətlərin sənaye standartlarına, tənzimləyici tələblərə və ən yaxşı təcrübələrə uyğun olmasını təmin etmək.
- Sistemləri təhlil etmək, təhlükəsizlik arxitekturalarını nəzərdən keçirmək və informasiya təhlükəsizliyi həllərini təklif etmək;
- Yalnız səlahiyyətli istifadəçilərin həssas məlumatlara daxil olmasını təmin edərək, giriş nəzarətlərini idarə etmək.
- Planlı və planlaşdırılmamış işlərdə iştirak etmək.
Tələblər
- İnformasiya Təhlükəsizliyi sahəsində minimum 3 illik praktiki təcrübə;
- Kompüter Elmləri və ya müvafiq sahə üzrə bakalavr dərəcəsi;
- Təhlükəsizlik texnologiyaları, protokollar və ən yaxşı təcrübələr haqqında dərin anlayış;
- Windows və Linux əməliyat sistemlərini yüksək dərəcədə bilmək;
- Office 365, Microsoft Azure üzrə biliklərə sahib olma;
- Qeyri-texniki maraqlı tərəflərə təhlükəsizlik anlayışlarını effektiv şəkildə çatdırmaq üçün güclü şifahi və yazılı ünsiyyət bacarıqları;
- Təzyiq altında işləmək və iş saatlarından sonra fövqəladə hallara reaksiya vermək bacarığı;
- CISSP, CCSA, CCSE və ya digər müvafiq sertifikatlar üstünlükdür;
- Azərbaycan dilində əla, İngilis və Rus dili yaxşı səviyyədə bilməli.
Müraciət üçün daxil olun