Azərbaycanda gömrük rüsumları üzrə daxilolmalar 44 % artıb | Banco.az

Azərbaycanda gömrük rüsumları üzrə daxilolmalar 44 % artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın dövlət büdcəsinə gömrük daxilolmaları 3 milyard 252,218 milyon manat təşkil edib.

Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 % çoxdur.

O cümlədən, son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 43,5 % artaraq 1 milyard 102,918 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 6,9 % azalaraq 2 milyard 35,269 milyon manat, aksizlər üzrə daxilolmalar 2 % azalaraq 95,445 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 19,5 % azalaraq 18,586 milyon manat olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et