Asiya İnkişaf Bankı yaşıl iqtisadiyyat üçün bu ölkəyə 50 milyon dollar ayıracaq | Banco.az

Asiya İnkişaf Bankı yaşıl iqtisadiyyat üçün bu ölkəyə 50 milyon dollar ayıracaq

Müəllif:Ayşən İmanova/Banco.az

Asiya İnkişaf Bankı yaşıl iqtisadiyyat üçün Tacikistana 50,5 milyon dollar ayıracaq.

Banco.az xəbər verir ki, bu barədə bankın məlumatında deyilir.

Məlumata görə, vəsait iqlim dəyişikliyi ilə mübarizə məqsədlərinə cavab verən biznes layihələrinin hazırlanmasına, o cümlədən qadın sahibkarlara dəstək və rəqəmsallaşma layihələrinə sərf olunacaq. 

Qeyd edilib ki, vəsait iqlimə davamlı biznes mühitinin dəstəklənməsi proqramı çərçivəsində ayrılıb.

Xatırladaq ki, yaşıl iqtisadiyyatın inkişaf strategiyası Tacikistanda 2023-cü ildə qəbul edilib. Bu strategiya 2037-ci ilə qədər ölkənin bərpa olunan enerji mənbələrindən maksimum istifadə etməsini, ekoloji cəhətdən təmiz nəqliyyata fəal keçidi və bunun üçün infrastrukturun yaradılmasını nəzərdə tutur.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et