Mask ABŞ-nin iflasını proqnozlaşdırıb | Banco.az

Mask ABŞ-nin iflasını proqnozlaşdırıb

Müəllif:Ayşən İmanova/Banco.az

Amerikalı milyarder İlon Mask dövlət borcunun ABŞ iqtisadiyyatı üçün kəskin problemə çevrildiyini qeyd edib.

Banco.az xəbər verir ki, bu barədə Mask “X” sosial şəbəkəsindəki hesabında bildirib.

"Yeri gəlmişkən, Amerika iflas edir", - deyə o yazıb.

Ən sərfəli kredit üçün müraciət et

 Belə ki, milyarder bu il ABŞ-nin dövlət borcu üzrə faiz ödənişlərinin 1,14 trilyon dollar təşkil edəcəyi və toplanan bütün gəlir vergilərinin 76%-nə bərabər olacağını  bildirən məlumatı şərh edib.

Qeyd edək ki, yanvarın əvvəlində ABŞ-nin dövlət borcu 34 trilyon dolları keçib. 2023-cü ildə o 4 trilyon dollardan çox artıb. Keçən il iyunun 3-də prezident Co Bayden dövlət borcunun tavanını artırmaq üçün Konqres tərəfindən əvvəllər təsdiqlənmiş qanun layihəsini imzalayıb. Artıq limitə 2 yanvar 2025-ci ildə çatılacaq.

Ən sərfəli krediti almaq üçün müraciət et