“General Motors” rüblük xalis mənfəətini 14% artırdı | Banco.az

“General Motors” rüblük xalis mənfəətini 14% artırdı

Müəllif:Ayşən İmanova/Banco.az

Amerikanın avtomobil istehsalçısı “General Motors” ikinci rübdə xalis mənfəətini 14,3%, gəlirini isə 7,2% artırıb.

Banco.az xəbər verir ki, şirkətin aprel-iyun aylarında xalis mənfəəti bir il əvvəl 2,57 milyard dollarla müqayisədə 2,93 milyard dollar təşkil edib. Səhm üzrə mənfəət 1,83 dollardan 2,55 dollara yüksəlib.

Birdəfəlik faktorlar nəzərə alınmadan qazanc hər səhm üçün 3,06 dollar təşkil edib ki, bu da “FactSet” tərəfindən sorğulanan analitiklərin hər bir səhm üçün 2,71 dollar olan konsensus proqnozunu əhəmiyyətli dərəcədə üstələyib.

Şirkətin rüblük gəliri bir il əvvəlki 44,75 milyard dollardan 47,97 milyard dollara yüksəlib, orta bazar proqnozu isə 45,13 milyard dollardır.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, “General Motors” hələ də bu il 10,5-11,5 milyard dollar dəyərində kapital xərcləri planlaşdırır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et