ABŞ bu ölkəyə 101 milyon dollar ayırmağı planlaşdırır | Banco.az

ABŞ bu ölkəyə 101 milyon dollar ayırmağı planlaşdırır

Müəllif:Ayşən İmanova/Banco.az

ABŞ administrasiyası Pakistanda demokratiyanın gücləndirilməsi, terrorizmlə mübarizə və ölkə iqtisadiyyatının sabitləşdirilməsi üçün 101 milyon dollar vəsait istəyib.

Banco.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisi Donald Lu bildirib.

“Pakistan davamlı təhlükəsizlik və iqtisadi problemlərlə üz-üzədir, bunun üçün tələb olunan maliyyə vəsaiti ölkədə iqtisadi islahatlara və borcların idarə edilməsinə dəstək verməklə demokratiyanın gücləndirilməsinə, terrorizmlə mübarizəyə və iqtisadiyyatın sabitləşməsinə kömək edəcək”, - deyə bildirilib.

O qeyd edib ki, ABŞ İslamabadın Pekindən "daha çox asılı” olmasının qarşısını almağa və Çin yardımının dünyada üçüncü ən böyük alıcısı olan "Çin investisiyalarını Pakistandan sıxışdırmağa" çalışır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et