Misirdə istehlak dayanıb - Qiymətlərin daha da ucuzlaşacağı gözlənilir | Banco.az

Misirdə istehlak dayanıb - Qiymətlərin daha da ucuzlaşacağı gözlənilir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Misirdə devalvasiyadan sonra avtomobil, mebel və bəyaz məişət əşyası kimi idxal məhsullarının istehlakı dayanıb.

Banco.az xəbər verir ki, iqtisadi böhranla mübarizə aparan Misirdə devalvasiyadan sonra istehlak dayanıb.

Ölkənin 57 milyard dollarlıq xilasetmə paketindən əvvəl Misir funtunun 40 faiz ucuzlaşmasına icazə verilmişdi. Bu vəziyyət xüsusilə yüksək qiymətli məhsullarda ucuzlaşma gözləntilərini artırıb.

Təhlillərə görə, Misirdə qiymətlər devalvasiyalardan sonra xərclərin artdığı Nigeriya və Argentina kimi ölkələrdən fərqlənib. Bildirilib ki, ölkədə idxalçılar ehtiyat yığmaqla qiymətləri kəskin artırıblar. Dollara çıxışın sərbəst olması və valyutanın bahalaşması ifrat baha qiymətlərin azalmasına səbəb olub.

Avtomobil və bəyaz məişət əşyası kimi məhsulların qiymətlərindəki azalmaya baxmayaraq, elektrik enerjisi və yanacaq kimi əsas xərc maddələrinin artacağı gözlənilir. Qeyd eidlənə görə, 2021-ci illə müqayisədə ölkədə avtomobil satışı 75 faiz azalıb, qiymətlər isə 25 faiz ucuzlaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Misirdə inflyasiya ardıcıl dörd aydır ki, aşağı düşməkdədir. Sentyabr ayı ilə müqayisədə inflyasiya illik rekord səviyyə olan 38 faizdən 10 bənd azalıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et