“Coca-Cola”nın xalis mənfəətini ikinci rübdə 5% azalıb | Banco.az

“Coca-Cola”nın xalis mənfəətini ikinci rübdə 5% azalıb

Müəllif:Ayşən İmanova/Banco.az

Dünyanın ən böyük sərinləşdirici içki istehsalçısı olan “Coca-Cola”nın xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 5% azalaraq 2,4 milyard dollar təşkil edib.

Banco.az xəbər verir ki, bu barədə şirkətin maliyyə hesabatında deyilir.

Hesabat dövründə şirkətin mənfəəti 2,41 milyard dollar və ya hər səhmə görə 0,56 dollar təşkil edib. Halbuki, bu göstərici keçən ilin eyni dövründə 2,55 milyard dollar və ya hər səhm üçün 0,59 dollar olub.

Bundan əlavə, ikinci rübdə "Coca-Cola"nın gəliri 3% artıb. Şirkətin rüblük gəliri 11,97 milyard dollardan 12,36 milyard dollara yüksəlib.

Qeyd edək ki, çərşənbə axşamı bazar əvvəli ticarətdə şirkətin səhmləri 1,9% bahalaşıb. Bu ilin əvvəlindən onların dəyəri 9,9% artıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et