“BBC”nin 500-ə yaxın əməkdaşı işsiz qalacaq | Banco.az

“BBC”nin 500-ə yaxın əməkdaşı işsiz qalacaq

Müəllif:Ayşən İmanova/Banco.az

Britaniyanın “BBC” telekanalı xərclərin azaldılması proqramı çərçivəsində 500-ə yaxın işçini ixtisar etməyi planlaşdırır.

Banco.az xəbər verir ki, bu barədə “Financial Times” korporasiyanın illik hesabatına istinadən yazır.

Məlumata görə, “BBC” öz gəlirini evdə televizoru olan bütün britaniyalıların ödədiyi ildə 169,5 funt sterlinq (219 dollar) məbləğində məcburi ödənişdən əldə edir. İllik hesabatda göstərilir ki, ötən ilin sonunda ölkədə təxminən 23,9 milyon belə ev təsərrüfatları olub ki, bu da bir il əvvəlkindən 500 min azdır. 2010-cu ildən bəri illik gəlirlər üçdə bir və ya ildə təxminən 1 milyard funt sterlinq azalıb.

Bu il “BBC”nin sədri olan Samir Şah bildirib ki, gəlirlərin azalması məzmun büdcələrinə mənfi təsir göstərir. 

Ən sərfəli kredit üçün müraciət et

Təxminən 21,8 min nəfərin çalışdığı korporasiyanın rəhbərliyi rəqəmsal yayıma sərmayənin artırılması da daxil olmaqla, dəyişiklik tempini sürətləndirəcəyinə söz verib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et