ABŞ 2025-ci ildə Mərkəzi Asiyaya yardımı 10% azaltmaq niyyətindədir | Banco.az

ABŞ 2025-ci ildə Mərkəzi Asiyaya yardımı 10% azaltmaq niyyətindədir

Müəllif:Ayşən İmanova/Banco.az

ABŞ regionla əlaqələri inkişaf etdirmək niyyətini bəyan etməsinə baxmayaraq, 2025-ci ildə Mərkəzi Asiya ölkələrinə yardımın maliyyələşdirilməsini azaltmağı planlaşdırır.

Banco.az xəbər verir ki, bunu Dövlət Departamentinə daxil olan Beynəlxalq İnkişaf Agentliyinin (AİD) rəhbərinin köməkçisinin müavini Ancali Kaur etiraf edib.

“ABŞ administrasiyasının Mərkəzi Asiya üçün 2025-ci maliyyə ili üçün büdcə tələbi 176 milyon dollardır. Bu, 2023-cü maliyyə ilində ayrılandan 18,9 milyon dollar və ya 10% azdır”, - Kaur vurğulayıb.

Eyni zamanda, Kaur qeyd edir ki, Əfqanıstan və Pakistan istisna olmaqla, Cənubi Asiya üçün ABŞ-nin icra hakimiyyəti 2025-ci maliyyə ilində 480,2 milyon dollar tələb edir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et