Müəllif: Tamara Mustafayeva, Banco.az
Kamala Harris 24 saat ərzində 81 milyon dollar ianə toplayıb.
Banco.az xəbər verir ki, noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkilərində Demokratlar Partiyasından prezidentliyə namizədliyə ən yaxın namizəd olan Kamala Harris rekord səviyyədə ianə toplayıb.
Harrisin komandasının verdiyi açıqlamaya görə, Bayden onu prezidentliyə namizəd göstərdikdən sonra sonrakı 24 saat ərzində Harrisə 81 milyon dollar ianə edilib.
ABŞ mətbuatında yer alan xəbərlərə görə, sözügedən rəqəm 24 saat ərzində çatılan ən yüksək ianə məbləği olaraq qeydə alınıb.
Məlumat üçün qeyd edək ki, ABŞ-da prezident seçkiləri zamanı toplanan ianələrin miqdarı və ianəçilərin sayı seçkinin nəticələri haqqında təsəvvür yaratmaq üçün diqqətlə izlənilir.
Bizi sosial şəbəkələrdən izləyin!!