2007-ci ildən Əmanətlərin Sığortalanması Fondunun üzvü olan "Amrahbank", müştərilərə bildirir ki, Əmanətlərin Sığortalanması Fondunun qərarı ilə 1 avqust 2013-cü il tarixdən etibarən sığortalanan əmanətlərin yuxarı həddi 12%-dən 10%-ə enəcəkdir.
Məlumat üçün bir daha bildiririk ki, 1 avqust 2013-cü il tarixədək 12 və ondan aşağı illik faiz dərəcəsilə qəbul edilən bütün depozitlər hazırkı dövrün qaydalarına uyğun olaraq depozit müqaviləsinin sonunadək sığortalanacaqdır.
Nəzərinizə çatdırırıq ki, 01.08.2013 tarixədək “Amrahbank”da “Depozit həftəsi” adlı kampaniyaya da start verildi.
Bu kampaniya çərcivəsində “Amrahbank”da müştərilərə illik gəliri maksimum 12% dərəcəsi ilə sığortalanan 3 növ depozit növü təklif edilir.
- “Daxıl” depoziti növü üzrə əmanətini iki illik yerləşdirən əmanətçiyə, illik faiz gəliri 12% olmaqla, əmanətinin əsas məbləğinə müqavilə müddətinin yarısına kimi əlavə vəsaitlər daxil etmək imkanı verilir. Bunula da bütün depozit məbləği daxil edlilmiş əlavə vəsaitlərlə birlikdə sığortalanır.
“LİDER” depoziti üzrə əmanətini bir il müddətinə yerləşdirən müştəriyə illik faiz gəliri 12% olmaqla, gəlirlərini hər ay götürmək imkanı verilir.
“Təməl” depoziti üzrə müştəri əmanətini 2 il müddətinə yerləşdirərsə, faiz gəlirlərini depozit müddətinin sonunda götürə bilər (illik faiz gəliri 12% olmaqla).
Kampaniya çərçivəsində açılmış illik gəliri 12% dərəcəli depozitlər müqavilə müddətinin sonunadək Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalancaqdır. Xatırladırıq ki, bir əmanət üzrə söğortalanan maksimal məbləğ 30000 manat təşkil edir.
Bundan başqa, bütün depozit müştərilərinə qoyduqları depozit məbləğindən asılı olaraq müxtəlif növ, pulsuz plasik kartlar və qoyduqları əmanətin 80%-i həcmində kredit xətti almaq imkanı da verilir.
1993-cü ildə təsis edilmiş Amrahbank Azərbaycanın ilk və aparıcı banklarından biridir. Amrahbank həm fərdi, həm də korporativ müştərilərə bütün bank xidmət və məhsullarını, o cümlədən cari və depozit hesabları, hesablaşma-kassa və plastik kartlarla əməliyyatlar, yerli və beynəlxalq pul köçürmələri, istehlak və biznes kreditləri, sənədli əməliyyatlar, ticarətin maliyyələşdirilməsi və digər bank xidmətlərini təqdim edir.
Bəhreyn Krallığında fəaliyyət göstərən Beynəlxalq İnvestisiya Bankı 2008-ci ildən “Amrahbank”ın strateji səhmdarıdır.