Azərbaycanın sənaye zonalarından indiyə qədər 13,5 milyard manatlıq məhsul satılıb | Banco.az

Azərbaycanın sənaye zonalarından indiyə qədər 13,5 milyard manatlıq məhsul satılıb

Bu il iyulun 1-nə qədər Azərbaycanda sənaye zonalarından 13,5 milyard manatlıq məhsul satılıb, bunun da 4,4 milyard manatlıq hissəsi ixrac edilib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyi xəbər verir.

Məlumata görə, satışın 1,4 milyard manatlıq, ixracın isə 0,5 milyard manatlıq hissəsi bu ilin I yarısının payına düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Sənaye zonalarında istehsal olunan məhsullar 70-dən artıq ölkəyə ixrac edilib.

İndiyə qədər sənaye zonalarında ümumi investisiya dəyəri 8 milyard manat olan 151 sahibkarlıq subyektinə rezident statusu verilib. Sahibkarlar sənaye zonalarına 6,8 milyard manat investisiya yatırıb və 10 500-dən çox daimi iş yeri yaradıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 1 milyard manat investisiya yatırılması və 7 100-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Ən sərfəli krediti almaq üçün müraciət et