Azərbaycanın sığorta bazarı 12 % böyüyüb | Banco.az

Azərbaycanın sığorta bazarı 12 % böyüyüb

Bu ilin yanvar-iyun aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 725,162 milyon manat sığorta haqqı toplanılıb.

Azərbaycan Mərkəzi Bankının verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 11,7 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 356,633 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 58,5 % çoxdur.

6 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 49,2 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 34,7 manat olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et