Müəllif: Tamara Mustafayeva, Banco.az
Çin Mərkəzi Bankı faiz dərəcələrini aşağı salıb.
Banco.az xəbər verir ki, Çin Xalq Bankı (PBOC) demək olar ki, bir ildən sonra ilk dəfə olaraq qısamüddətli əsas faiz dərəcəsini azaldıb.
Çin Xalq Bankı repo dərəcəsinin ardınca aylıq sabitləşmədə eyni məbləğdə göstərici kredit faizlərini (LPR) də azaldıb.
PBOC bazar ertəsi günü 7 günlük tərs repo dərəcəsinin 10 baza bəndi azalaraq 1,7 faizə endirildiyini bəyan edib. Bir illik kredit faiz dərəcəsi (LPR) 3,45 faizdən 3,35 faizə, beş illik kredit faiz dərəcəsi isə 3,95 faizdən 3,85 faizə endirilib.
Qeyd edək ki, iqtisadçılar heç bir dəyişiklik gözləmirdi.
Bizi sosial şəbəkələrdən izləyin!!