Böyük Britaniya UNRWA-nın maliyyələşdirilməsini bərpa edəcək | Banco.az

Böyük Britaniya UNRWA-nın maliyyələşdirilməsini bərpa edəcək

Müəllif:Ayşən İmanova/Banco.az

Böyük Britaniya BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) maliyyələşdirilməsini bərpa edəcək.

Banco.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi parlamentin İcmalar Palatasında (aşağı palata) çıxışı zamanı bildirib.

"Biz UNRWA-nın maliyyələşdirilməsinin dayandırılması məsələsini yenidən nəzərdən keçiririk. Böyük Britaniya 21 milyon funt sterlinq (27 milyon ABŞ dolları) məbləğində maliyyələşməni təmin edəcək”, – o vurğulayıb.

Lemmi qeyd edib ki, iyulun 18-də o, Britaniyanın yeni hökumətinin mövqeyini BMT-nin baş katibi Antoniu Quterreşin diqqətinə çatdırıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et