PAŞA Bank AMFA-nın illik təltifetmə tədbirin “Platinum” tərəfdaşı olub | Banco.az

PAŞA Bank AMFA-nın illik təltifetmə tədbirin “Platinum” tərəfdaşı olub

Ölkənin aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank” Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) 16-cı illik təltifetmə tədbirin “Platinum” tərəfdaşı olub.

Tədbirdə dövlət qurumlarının, bank və qeyri bank olan kredit təşkilatlarının, sığorta şirkətlərinin, biznes assosiasiyaları və mikromaliyyə sektorunda xidmət göstərən yerli və beynəlxalq təşkilatların 100-ə yaxın nümayəndəsi iştirak etmişdir. Eyni zamanda AMFA-nın təsis edilməsinin 23-cü il dönümünə həsr olunmuş tədbirin əsas məqsədi maliyyə institutları ilə tərəfdaş təşkilatlar arasında işgüzar əlaqələrin qurulması və təcrübə mübadiləsinin aparılması olub.

Tədbirin açılışında “PAŞA Bank”ın Korporativ və instusional bankçılıq departamentinin Maliyyə İnstitutları şöbəsinin rəhbəri Zahid Əfəndiyev öz çıxışında qeyd edib ki, Azərbaycan Respublikası Mərkəzi Bankın (ARMB) 2024-cü ilin ilk rübünə olan Bank Olmayan Kredit Təşkilatlarının (BOKT) icmal balans hesabatına əsasən bu sektorun 2024-cü ilin birinci rübündə 461 milyon öhdəliyi mövcuddur. Bu öhdəliklərin 26 mln. manat ARMB, 58 mln. manat qiymətli kağız, 129 mln. manat bank sektoru qarşısında, 250 mln. manat isə digər mənbələrdən olmuşdur.

Ən sərfəli kredit üçün müraciət et

“Uzun illərdi ki, “PAŞA Bank” mikromaliyyə institutları sahəsində xidmət göstərən təşkilatların etibarlı tərəfdaşıdır və böyük məmnuniyyətlə vurğulamaq istərdim ki,BOKT bazarının sözü gedən 129 mln manat bank sektoru qarşısında olan öhdəlikləri üzrə 41%  bazar payına sahibik. Bu “PAŞA Bank”ın mikromaliyyə sektora olan davamlı dəstək və güvənin göstəricisidir” – deyə  , Z. Əfəndiyev çıxışını yekunlaşdırıb.