“Windows” sistemlərində qlobal nasazlıq baş verdi | Banco.az

“Windows” sistemlərində qlobal nasazlıq baş verdi

Müəllif:Ayşən İmanova/Banco.az

“Windows” əməliyyat sisteminin kütləvi nasazlığı bank, aviaşirkət, media və digər sektorlardakı şirkətlərin fəaliyyətinə mane olub.

Banco.az xəbər verir ki, bu barədə Amerikanın  “The Verge” portalı məlumat yayıb. 

Nəşr qeyd edib ki, nasazlığa səbəb “CrowdStrike”in ən son təhlükəsizlik proqram təminatı yeniləməsi ola bilər.

Avstraliya, Böyük Britaniya və Avropa İttifaqı ölkələrindəki banklar və şirkətlər artıq fasilələr barədə məlumat veriblər. Kritik xətanın təsirinə məruz qalan şirkətlər arasında İrlandiyanın “Ryanair” aviadaşıyıcısı və Britaniyanın “Sky News” telekanalı var.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et