Azərbaycanda elektromobil idxalına çəkilən xərc artır – 6 ayda 62 mln. dollar | Banco.az

Azərbaycanda elektromobil idxalına çəkilən xərc artır – 6 ayda 62 mln. dollar

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycana bu ilin yanvar-iyun aylarında elektromobil idxalı artıb. Bu dövrdə ölkəyə 1 505 ədəd yalnız elektriklə işləyən (elektromobil) avtomobil idxal edilib.

Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Məlumata görə, bu ilin birinci yarısında ölkənin elektromobil idxalının dəyəri 62 milyon 214 min dollar olub. Ötən aylarda elektromobil idxalı 2023-cü ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 381 ədəd, dəyər ifadəsində isə 15 milyon 378 min dollar və ya 32,8% artıb.

Xatırladaq ki, 2023-cü ilin eyni dövründə idxal edilən elektromobillərin sayı 1 124 ədəd, dəyəri isə 46,8 milyon dollar təşkil edib. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et