"Stellantis" elektrik təyyarələri istehsal edən şirkətə 55 milyon dollar investisiya yatırıb | Banco.az

"Stellantis" elektrik təyyarələri istehsal edən şirkətə 55 milyon dollar investisiya yatırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

"Stellantis" ABŞ-ın "Archer Aviation" şirkətinə 55 milyon dollarlıq əlavə investisiya qoyuluşu həyata keçirib.

Banco.az xəbər verir ki, Avropanın avtomobil istehsalçısı "Stellantis" "Archer Aviation Inc" tərəfindən ötən ay keçirilən sınaq uçuşunun müvəffəqiyyətlə başa vurulmasından sonra strateji maliyyələşdirmə müqaviləsi çərçivəsində şirkətə 55 milyon dollar əlavə investisiya qoyuluşu həyata keçirdiyini elan edib.

"Stellantis"in şirkətlərin strateji maliyyələşdirmə müqaviləsi çərçivəsində reallaşdırdığı bu yeni investisiyası cari ilin əvvəlində tamamlanan "Archer" səhmlərinin 39 milyon dollarlıq birja alışına və 2023-cü ildə "Archer" şirkətinə edilən 110 milyon dollarlıq investisiyaya əsaslanır.

Qeyd edək ki, "Archer" ABŞ-da yüksək həcmli istehsal müəssisəsinin tikintisi üzrə işlərini davam etdirir. İldə 650-yə qədər təyyarə istehsal etmək üçün nəzərdə tutulan tikintinin birinci mərhələsi təxminən 100 hektar sahədə 350 min kvadratmetrlik bir obyektdən ibarətdir. "Archer"in bu obyektlə bağlı məqsədi "Stellantis"in müqavilə istehsalçısı kimi təcrübəsindən faydalanaraq onun planlaşdırılan kommersiya genişlənməsini dəstəkləyə biləcək bir fabrik yaratmaqdır.

Ən sərfəli kredit üçün müraciət et

"Stellantis" müxtəlif əməkdaşlıq təşəbbüsləri vasitəsilə 2020-ci ildən bəri "Archer" şirkətinin strateji tərəfdaşı və 2021-ci ildən investorudur. "Archer" şəhərdə şaquli olaraq qalxıb enə bilən elektrik təyyarələrinin (eVTOL) yaradıcısı kimi tanınır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et