Azərbaycanın neft ixracından qazancı 7 milyard dolları ötüb | Banco.az

Azərbaycanın neft ixracından qazancı 7 milyard dolları ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bu ilin birinci yarısında 7 milyard 12 milyon 103 min ABŞ dolları dəyərində 11 milyon 98 min ton neft ixrac edib.

Banco.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. 

Azərbaycanın neft ixracından gəlirləri 2023-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,1%, neftin həcmi isə 13,4% azalıb.

Qeyd edək ki, bu dövrdə neft ixracının ölkənin ümumi ixracında payı 54,35% təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et