Hindistanın Fələstinə yardımı 120 milyon dollara çatıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Hindistanın Fələstinə yardımı 120 milyon dollara çatıb

Müəllif:Ayşən İmanova/Banco.az

Hindistan son illərdə Fələstinə 120 milyon dollar yardım edib.

Banco.az xəbər verir ki, bu barədə Hindistanın BMT-dəki daimi nümayəndəsinin müavini R.Ravindra bildirib.

“Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə (UNRWA) 35 milyon dollar yardım daxil olmaqla, son illər ərzində Fələstinə inkişafı üçün müxtəlif formalarda göstərdiyimiz yardım təxminən 120 milyon dollar təşkil edir”, - o vurğulayıb.

Ravindranın xatırlatdığı kimi, Hindistan 2018-ci ildən bəri UNRWA-ya illik 5 milyon dollar töhfə verir.

"Biz artıq 2,5 milyon dollar ödəniş elan etmişik. UNRWA-ya illik töhfəmizin ilk transferi bu həftənin əvvəlində həyata keçirilib", - diplomat qeyd edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram