Pomidorun qiyməti niyə bahadır? – AÇIQLAMA | Banco.az

Pomidorun qiyməti niyə bahadır? – AÇIQLAMA

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Yayın ikinci ayını yaşasaq da, hələ də bazarlarda mösümə uyğun yetişən kənd təsərrüfatı məhsullarının qiyməti bahadır.

Bu barədə Banco.az-a açıqlama verən iqtisadçı-ekspert Eyyub Kərimli bildirib ki,  kənd təsərrüfatı məhsullarının baha olmasının bir neçə səbəbi var:

“Birinci amil odur ki, hazırda Bakı şəhərində mövcud bazarlar da azdır.  Paytaxtın məşhur səkkizinci kilometrində yerləşən bazarların sayı da rəqabət üçün yetərli sayda deyil. Adətən həmin bazarlarda rəqabət də, təklif də çox olur və orada qiymət aşağı düşür.

Hazırda səkkizinci kilometr bazarında pomidorun qiyməti 80 qəpik, bir manat arasındadır. Amma həmin pomidor şəhərdə marketdə iki manat, iki manat 50 qəpikdən yuxarı satılır.

Amma hazırda pomidorun yetişməsi mövsümə uyğun olaraq bölgələr üzrə də fərqlidir. Yəni bəzi bölgələrdə pomidor bitib, bəzi bölgələrdə yetişmək üzrədir. Məsələn, Xaçmaz bölgəsində yetişən pomidor bazara yeni-yeni çıxır. Şəmkir pomidorunun  mövsümü isə bitib”.

Hazırda  pomidor ixracatının çoxaldığını vurğulayan iqtisadçı qeyd edib ki, bu da qiymətlərə öz təsirini göstərir. Mağazaların  daşıma xərclərinin də çox olduğunu vurğulayan Eyyub Kərimov düşünür ki,  daha keyfiyyətli olan məhsulların qiymətləri də fərqli olur:

 “Bildiyiniz kimi,  kənd təsərrüfat məhsulları tez xarab olan məhsullardı. Vaxtı xarab olan məhsulların dəyəri də qiymətin artımına səbəb olur. Biz bu bahalaşmanı daha çox marketlərdə görürük.

Ən sərfəli kredit üçün müraciət et

Onlar həmin kənd təsərrüfatı məhsullarına istədiyi qiymətləri diktə edirlər. Bəzən qeyri-kənd təsərrüfatı məhsulların daha baha olmasını müşahidə edirik.

Düşünürəm ki,  bütün bunların qarşısını almaq üçün qeyd etdiyim kimi, bazarlarının artırılması və ya heç olmasa kənd təsərrüfatı yarmarkalarının qurulmasına ehtiyac var”.

Eyyub Kərimli əlavə edib ki, kənddən şəhərə birbaşa öz məhsulunu çatdıra bilməyənn kəndçi üçün daha bir problem logistika qiymətlərinin çoxalması ilə bağlıdır. Hətta bəzi işbazlar yanacağın qiymətinin artımını bəhanə edərək daha çox artıma gedirlər ki, bu da ümumi məhsulların qiymətinin dəyişməsinə səbəb olur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram