Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin birinci yarısında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 21 milyard 768 milyon ABŞ dolları olub.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-ci ilin eyni dövrü ilə müqayisədə 4 milyard 398 milyon dollar və ya 16,8% azdır.
Son 1 ildə Azərbaycanın ixracı 28,2% azalaraq 12 milyard 900 milyon ABŞ dollarına enib. İdxalı isə 8,2% artaraq 8 milyard 867 milyon ABŞ dollarına yüksəlib.
Nəticədə xarici ticarətdə 4 milyard 33 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 58,7% az olub.
Bizi sosial şəbəkələrdən izləyin!!