Neft Fondu "AAA" reytinqli investisiya alətlərinə investisiyaları azaldıb | Banco.az

Neft Fondu "AAA" reytinqli investisiya alətlərinə investisiyaları azaldıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Dövlət Neft Fondunun (ARDNF) bu ilin 1 iyul tarixinə istiqrazlar və digər pul bazarı alətləri üzrə investisiya portfelinin 63,8%-i "AAA" reytinqli olub.

Banco.az xəbər verir ki, bu barədə Fond məlumat yayıb.

Məlumata görə, Fondun istiqrazlar və digər pul bazarı alətləri üzrə investisiya portfelinin 18,6%-i "AA", 10,3%-i "A", 7%-i "BBB", 0,3%-i qeyri-investisiya reytinqli olub.

Bu ilin 1 aprel tarixində (birinci rübün yekununda) istiqrazlar və digər pul bazarı alətləri üzrə investisiya portfelinin 66,4%-i "AAA", 16,9%-i "AA", 10,1%-i "A", 6,4%-i "BBB", 0,2%-i qeyri-investisiya reytinqli olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et