Neft Fondunun investisiya portfelində dolların payı açıqlanıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Neft Fondunun investisiya portfelində dolların payı açıqlanıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Dövlət Neft Fondunun (ARDNF) bu ilin 1 iyul tarixinə cəmi investisiya portfeli 57 931,5 milyon dollar təşkil edib.  

Banco.az bu barədə Fonda istinadən xəbər verir.

Fondun investisiya portfelinin xarici valyutalar üzrə bölgüsünə əsasən vəsaitlərin 69,2%-ni ABŞ dolları təşkil edir. 

Məlumata görə, vəsaitlərin 19,5%-ni avro, 5%-i ingilis funt sterlinqi, 1,4%-i Yapon yeni, 1,4%-i Çin yuanı, 3,5%-ni digər valyutlar təşkil edib.

Əlavə edək ki, ABŞ dolları portfelinin 8 milyard 574,6 milyon dollarlıq hissəsini (14,8%) qızıl investisiyaları təşkil edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram