Bu ölkədə gündüz saatlarında açıq havada işləmək qadağan edilib | Banco.az

Bu ölkədə gündüz saatlarında açıq havada işləmək qadağan edilib

Müəllif:Ayşən İmanova/Banco.az

Yunanıstan hökuməti ölkədə bəzi müəssisələrə əməkdaşlarının gündüz vaxtı açıq havada işləməməsi ilə bağlı göstəriş verib.

Banco.az xəbər verir ki, bu barədə Yunanıstanın Əmək Nazirliyi məlumat yayıb.

Bildirilib ki, buna səbəb hazırda ölkədə müşahidə olunan isti hava şəraitidir. 

Əsas olaraq inşaat sahəsində çalışanlar, ərzaq məhsulları tədarükçüləri və kuryerlər çərşənbə axşamından cümə gününə qədər 12:00-dan 17:00-a qədər fəaliyyətlərini dayandırmalı olacaqlar. 

Qeyd edilir ki, hazırda Yunanıstanın bəzi yerlərində havanın temperaturu müsbət 42-43 dərəcəyə çatır. Meteoroloqlar ölkədə temperaturun bu ayın sonuna qədər enməyəcəyini bildiriblər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et