Venesiya turistlərdən 2,2 milyon avro "torpaqbasdı" pulu əldə edib | Banco.az

Venesiya turistlərdən 2,2 milyon avro "torpaqbasdı" pulu əldə edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

İtaliyanın Venesiya şəhəri 2 ay yarım ərzində turistlərdən "torpaqbasdı" pulu alıb. Lakin bu addım turist sayını azaltmağa kifayət etməyib.

Banco.az xəbər verir ki, bu müddət ərzində hər bir turist gündəlik 5 avro ödədiyi üçün cəmi 2 milyon 200 min avro toplanıb.

Məlum olduğu kimi, dünyada ən çox turist cəlb edən yerlərdən biri İtaliyanın Venesiya şəhəridir. Lakin şəhər sakinləri bu vəziyyətdən məmnun deyillər. Onların sözlərinə görə, turist izdihamı həyatlarını çətinləşdirir. Bu səbəbdən də aprel ayından bəri sınaq məqsədilə "torpaqbasdı" və ya “ayaq izi haqqı” tətbiq edilməkdədir.

Yeni tətbiqlə gündəlik gələn turistlərdən 5 avro rüsum alınmağa başlanıb. Ödənişli müraciət üçün 25 aprel və 14 iyul tarixləri arasında 29 gün seçilib.

Yerli mətbuatın hesablamalarına görə, bu müddət ərzində şəhərə hər gün 440 min insan səyahət edib və turistlərdən ümumilikdə 2 milyon 200 min avro gəlir əldə edilib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, sözügedən tətbiqlə bağlı tənqidlər də çoxdur. Deyilir ki, giriş pulu Venesiyanı əyləncə parkına çevirir.

Xatırladaq ki, Venesiyaya giriş gələn ildən etibarən tamamilə ödənişli olacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et