“Space X” və “X” şirkətlərinin baş ofisləri bu ştata köçürülür | Banco.az

“Space X” və “X” şirkətlərinin baş ofisləri bu ştata köçürülür

Müəllif: Tamara Mustafayeva, Banco.az

İlon Mask "Space X" və "X" şirkətlərinin baş ofislərini Kaliforniyadan Texasa köçürəcəyini açıqlayıb.

Banco.az xəbər verir ki, Maskın bu qərarı Kaliforniya qanunlarından təngə gəldiyi üçün verdiyi iddia edilir.

Maskın açıqlamasına görə, artıq "SpaceX" indi mənzil-qərargahını Kaliforniyadan "Starbase"ə köçürəcək. Məlumat üçün qeyd edək ki, "Starbase" Cənubi Texasda yerləşən dünyanın ilk həqiqi kosmodromudur.

Buna müvafiq olaraq, idniyədək San-Fransiskoda yerləşən "X" şirkətinin qərargahı da Ostində fəaliyyət göstərəcək.

Ən sərfəli kredit üçün müraciət et

Yadınızdadırsa, İlon Mask qurucu CEO-su olduğu elektrik avtomobil istehsalçısı "Tesla"nın baş ofisini də Kaliforniyadan Texasa köçürmüşdü.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et