Mask “X”in yeni rekordunu elan etdi | Banco.az

Mask “X”in yeni rekordunu elan etdi

Müəllif:Ayşən İmanova/Banco.az

“X” sosial şəbəkəsi (keçmiş “Twitter”) ABŞ-da istifadə müddətinə görə əvvəlki rekordunu yeniləyib.

Banco.az xəbər verir ki, bu barədə platformanın sahibi İlon Mask məlumat verib.

“ABŞ-da “X”dən istifadə bütün zamanların ən yüksək həddinə çatıb! İstifadəçi saniyələrinin ümumi sayı əvvəlki rekordu 5% üstələyərək 76 milyard təşkil edib”, - deyə Mask bildirib.

O, həmçinin əlavə edib ki, əgər “X” sadəcə bazar payını kifayət qədər artırarsa, o zaman bazarda rəqib qalmayacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et