Tayland 93 ölkə üçün vizasız rejimi uzadıb | Banco.az

Tayland 93 ölkə üçün vizasız rejimi uzadıb

Müəllif:Ayşən İmanova/Banco.az

Taylandın baş naziri Setha Thavisin 93 ölkənin vətəndaşları üçün vizasız rejimin 30 gündən 60 günə qədər uzadılmasına dair qətnaməni təsdiqləyib.

Banco.az xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

“İyulun 15-dən etibarən 93 ölkənin vətəndaşları Taylanda ya vizasız, ya da gəliş zamanı viza ilə daxil ola biləcəklər, bu da onlara bir səfərlə ölkədə 60 günə qədər qalmaq imkanı verəcək”, - nazir bildirib.
 
O əlavə edib ki, əvvəllər bir çox ölkədən, məsələn, Hindistan, Qazaxıstan və Rusiyadan olan turistlər Taylandda cəmi 30 gün vizasız qala bilirdilər. Bundan əlavə, İordaniya, Şri-Lanka və Ekvador kimi 17 ölkənin vətəndaşları əvvəl viza üçün əvvəlcədən müraciət etməli olsalar da, indi gəliş zamanı viza üçün müraciət etmək hüququna malikdirlər. Bu ölkələrdən gələn turistlər də Taylandda 60 günə qədər qala biləcəklər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et