Estoniyada müdafiə vergisi tətbiq ediləcək | Banco.az

Estoniyada müdafiə vergisi tətbiq ediləcək

Müəllif:Ayşən İmanova/Banco.az

Estoniyada 2027-ci ildə keçiriləcək növbəti parlament seçkilərinə qədər müdafiə sahəsi ilə bağlı vergi tətbiq ediləcək.

Banco.az xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna deyib.

"Müdafiə vergisi cəmiyyət üçün ciddi vergi yükü olacaq. Çoxkomponentli olacağı gözlənilir. İkinci mühüm məqam müdafiə sahəsi ilə bağlı verginin müvəqqəti tətbiq edilməsi ilə bağlıdır”, - deyə o bildirib.

Nazir vurğulayıb ki, verginin məbləği əhalinin müxtəlif kateqoriyaları üçün gəlirlərindən asılı olaraq dəyişəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et