Kriptovalyuta bazarında canlanma gözlənilir – Açıqlama | Banco.az

Kriptovalyuta bazarında canlanma gözlənilir – Açıqlama

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Dünyanın ən gəlirli sahələrindən sayılan kriptovalyuta, həm də ən riskli sahələrdəndir.

Son vaxtlar, kriptovalyuta bazarında  baş verən mühüm hadisələri Banco.az-a şərh edən kriptovalyuta bazarı üzrə ekspert Elnur Quliyev bildirib ki, "Mt. Gox"un istifadəçilərinə kompensasiya ödənişlərinin elan edilməsi, kriptovalyuta bazarına təsir edən əsas faktorlardan biri olsa da, ikinci səbəb Almaniya hökümətinin  bitkoinlərin satışı qərarı ilə bağlıdır.

E.Quliyev bildirib ki, ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Cerom Pauelin, iyulun 10-da Senatdakı çıxışı bitkoinin yenidən 59 min ABŞ dollarını keçməsinə səbəb olub: 

“C.Pauel qeyd edib ki, ABŞ iqtisadiyyatı müsbət dinamikada inkişaf edir və əmək bazarı pandemiya dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə yaxşılaşıb. Uçot dərəcələrinin aşağı salınmasının məcburedici xarakter alması məsələsinə toxunan Pauel qeyd edib ki,  FED-in faiz dərəcəsini endirməsi ilə bitkoin və digər riskli aktivlərin qiymətini qaldıracaq .
Ümumiyyətlə "Mt. Gox" birjasının kompensasiya ödənişləri və Almaniya hökumətinin satış qərarı, bazarda qısamüddətli panika yaradıb və qiymətlərin enməsinə səbəb olsa da, FED-in monetar siyasətindəki dəyişikliklər, bazarda müsbət dinamikanın yenidən yaranmasın ilə nəticələlə bilər”.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et