"Huawei" bu şəhərdə nəhəng Ar-Ge kampusunu istifadəyə verir | Banco.az

"Huawei" bu şəhərdə nəhəng Ar-Ge kampusunu istifadəyə verir

Müəllif: Tamara Mustafayeva, Banco.az

"Huawei" Şanxayda dəyəri 1,4 milyard dollar olan nəhəng Ar-Ge kampusunu istifadəyə verir.

Banco.az xəbər verir ki, Çinin texnologiya nəhəngi "Huawei Technologies" Şanxayda dəyəri 1,4 milyard dollar olan nəhəng Ar-Ge mərkəzinin tikintisini başa çatdırıb.

Mərkəz bu il istifadəyə veriləcək.

Xüsusilə əcnəbi alimləri cəlb etmək üçün hər cür sosial obyektləri və dəbdəbəni özündə cəmləşdirən kampusda daxili dəmir yolu sistemi ilə birləşən laboratoriyalar, ofislər, 100-dən çox müxtəlif konseptual kafe və əyləncə məkanları var. Kompleks 8 blok və 104 binadan ibarətdir.

Qeyd edək ki, "Huawei" yeni kampusunu "Lianqiu Lake R&D" mərkəzi adlandırıb. Yarımkeçiricilər, simsiz şəbəkələr və əşyaların interneti üzərində işləmək üçün kampusda təxminən 30,000 R&D işçisinin çalışacağı gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

160 hektar ərazini əhatə edən kampus qlobal Ar-Ge mərkəzi rolunu oynayacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et