Qlobal smartfon tədarükü ikinci rübdə 6,5% artıb | Banco.az

Qlobal smartfon tədarükü ikinci rübdə 6,5% artıb

Müəllif:Ayşən İmanova/Banco.az

2024-cü ilin ikinci rübündə qlobal smartfon tədarükü 285,4 milyon ədəd və ya illik 6,5% artıb. Bu, satış artımının ardıcıl dördüncü rübüdür.

Banco.az xəbər verir ki, bu barədə Beynəlxalq Məlumat Korporasiyasının (IDC) məlumatında deyilir.

IDC analitik şirkətinin ilkin hesabatına əsasən, qlobal bazarda rübün sonunda lider “Samsung” şirkəti olub. O, ötən illə müqayisədə tədarük həcmini 0,7% artıraraq 53,9 milyon smartfona çatdırıb. Bununla belə, Cənubi Koreya istehsalçısının bazar payı bu il əhəmiyyətli dərəcədə azalıb - 20%-dən 18,9%-ə. 

Tədarük həcminə görə qlobal smartfon istehsalçıları arasında hələ də ikinci yeri tutan “Apple” ilə də vəziyyət oxşardır. İkinci rübdə Amerika korporasiyası bir il əvvəlki 44,5 milyona qarşı 45,2 milyon “iPhone” satıb, lakin onun bazar payı 16,6%-dən 15,8-ə düşüb. 

İki dünya liderinin bazar payının aşağı düşməsinin səbəbi “Xiaomi” şirkətinin uğurudur. Şirkət ikinci rübdə ötən illə müqayisədə tədarükləri 27,4% artıraraq 42,3 milyon smartfon satıb. “Xiaomi”nin bazar payı hazırda “Apple”dan cəmi 1% azdır və qlobal bazarın 14,8%-ni təşkil edir. Bir il əvvəl iki şirkət arasında fərq 4,2% olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et