Moldova Dünya Bankından 40 milyon dollar kredit götürəcək | Banco.az

Moldova Dünya Bankından 40 milyon dollar kredit götürəcək

Müəllif:Ayşən İmanova/Banco.az

Moldova Parlamenti fəlakət riskinin idarə edilməsi və dayanıqlılıq layihəsinin həyata keçirilməsi üçün Dünya Bankından 40 milyon ABŞ dolları məbləğində 5 illik kredit ayrılmasını təsdiqləyib.

Banco.az xəbər verir ki, bu barədə parlamentin mətbuat xidməti məlumat yayıb.

“Fövqəladə hallara cavab verən qurumların gücləndirilməsinə 29 milyon dollar sərmayə qoyulacaq. Bundan əlavə, 6 milyon dollar hidrometeoroloji xidmətlərin təkmilləşdirilməsi, 3 milyon dollar isə kritik infrastrukturun risklərinin azaldılması və maliyyə dayanıqlığının yaxşılaşdırılması üçün nəzərdə tutulub”, - deyə məlumatda bildirilir.

Prosedura uyğun olaraq, Dünya Bankı ilə gələcək danışıqlardan və saziş imzalandıqdan sonra parlament onu ratifikasiya etməli olacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram