Avrozonada sənaye istehsalı azalıb | Banco.az

Avrozonada sənaye istehsalı azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada sənaye istehsalı may ayında əvvəlki ayla müqayisədə 0,6 faiz azalıb.

Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) may ayı üzrə Avropa İttifaqı (Aİ) və Avrozonanın mövsümi düzəliş edilmiş sənaye istehsalı məlumatlarını açıqlayıb.

Məlumatlar göstərir ki, Avrozonada sənaye istehsalı may ayında aprel ayına nəzərən 0,6 faiz, ötən ilin eyni dövrünə nəzərən isə 2,9 faiz azalıb.

Bazar proqnozları Avrozonada sənaye istehsalının aylıq 0,9 faiz azalacağı istiqamətində idi.

Aİ-də sənaye istehsalı may ayında aylıq 0,8 faiz, illik isə 2,5 faiz azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Bu dövrdə Aİ ölkələri arasında sənaye istehsalında aylıq müqayisədə ən yüksək artım 6,7 faiz ilə İrlandiyada, 3,9 faiz ilə Lüksemburqda və 3,8 faiz ilə Estoniyada müəyyən edilib. Ən yüksək azalma 7,3 faiz ilə Sloveniyada, 6,2 faiz ilə Rumıniyada və 4,9 faiz ilə Danimarkada olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et