Bitkoin 5 faizə yaxın bahalaşıb | Banco.az

Bitkoin 5 faizə yaxın bahalaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Bitkoinin qiyməti 63 min dollara yaxınlaşıb.

Banco.az xəbər verir ki, bitkoinin qiyməti ABŞ-ın keçmiş prezidenti Donald Trampa sui-qəsd cəhdindən sonra onun prezidentlik yarışında qalib gəlmə şansının artacağına dair gözləntilər səbəbindən 62 min dolları ötüb.

"Coinmarketcap" analiz şirkətinin məlumatına görə, bitkoin də daxil olmaqla qlobal kriptovalyuta bazarının ümumi dəyəri 24 saat ərzində 4,1 faiz artaraq 2 trilyon 300 milyard dollara çatıb.

Ötən 24 saatda qiyməti təxminən 4,6 faiz artan bitkoin səhər saat 10:30-da 62 min 922 dollar səviyyəsinə çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bazar dəyərinə görə ikinci sırada olan ethereum isə 24 saatda 4,7 faiz dəyər qazanaraq 3 min 353 dollara qədər bahalaşıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et