TuranBank Milli Mətbuat Günü münasibətilə mətbuat nümayəndələrini təbrik edir və onlar üçün kredit faizində 2% endirim edir! | Banco.az

TuranBank Milli Mətbuat Günü münasibətilə mətbuat nümayəndələrini təbrik edir və onlar üçün kredit faizində 2% endirim edir!

Bu gün Azərbaycan Milli Mətbuatının yaranmasından 138 il ötür. 1875-ci ilin məhz bu günü Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin "Əkinçi" qəzetinin ilk nömrəsi çapdan çıxmışdır. "Əkinçi" qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynamışdır.

Bu günədək Azərbaycan milli mətbuatı çox şərəfli və zəngin inkişaf yolu keçmişdir. Xalqımızın görkəmli ziyalıları, yazıçıları, mütəfəkkirləri mətbuat vasitəsilə milli şüurun, mənəviyyatın və mədəniyyətin formalaşmasına və inkişafına güclü təkan vermişlər. Bu gün ölkəmizdə yüzlərlə mətbu orqan - qəzet və jurnal fəaliyyət göstərir və minlərlə jurnalistlər hər gün ölkə icitimaiyyətinin rifahı naminə yorulmadan çalışırlar. TuranBank bu əlamətdar gün münasibətilə mətbuat nümayəndələrini təbrik edir və onlara öz işlərində uğurlar diləyir.

Ən sərfəli kredit üçün müraciət et

Milli Mətbuat günü münasibətilə TuranBank 22-24 iyul tarxiləri aralığında bu sahənin əməkdaşları üçün bankın mövcüd istehlak kreditlərinin illik faizlərində 2% endirim edir! Göstərilən tarixlərdə TuranBankın istənilən filialına arayışla müraciət etməklə 2%-lik endirimdən yararlanmaq mümkündür.