“Tesla” robotaksi təqdimatını iki ay təxirə saldı | Banco.az

“Tesla” robotaksi təqdimatını iki ay təxirə saldı

Müəllif:Ayşən İmanova/Banco.az

“Tesla” səhmləri robotaksi təqdimatının təxirə salınması ilə bağlı elandan sonra 8,5% ucuzlaşıb.

Banco.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Məlumata görə, mühəndislərin prototip üzərində daha çox işləməsi lazım olduğu üçün buraxılış 2024-cü ilin oktyabr ayına təxirə salınıb. “Tesla” səhmdarları tərəfindən maraqla gözlənilən bu təqdimatın təxirə salınması səhmi artıran 11 seans seriyasını sona çatdırıb. 8 faiz eniş tendensiyası ilə 241,03 dollardan bağlanmasına səbəb olub.

Bu, yanvar ayından bəri ən böyük azalma olub.

Qeyd edək ki, şirkətin özü və nümayəndələri hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyiblər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et