Rusiyada 2025-ci ildən turist vergisi tətbiq olunacaq | Banco.az

Rusiyada 2025-ci ildən turist vergisi tətbiq olunacaq

Müəllif:Mehin Qasımova/Banco.az

Rusiya prezidenti Vladimir Putin "kurort" vergisini dəyişdirərək 2025-ci ildən turist vergisinin tətbiqi haqqında qanun imzalayıb.

Banco.az xəbər verir ki, sənəd hüquqi informasiya portalında dərc olunub.

Məlumata görə, turist vergisi yerli vergi olacaq, onun tətbiqi zərurətini və dərəcələrini bələdiyyələr müstəqil müəyyən edəcəklər. Vergi otellərin yerləşdiyi yer üzrə büdcəyə ödəniləcək. Vergi müəyyən kateqoriyalı vətəndaşlar, o cümlədən xüsusi hərbi əməliyyatın iştirakçıları üçün yerləşdirmə xidmətlərinin dəyərinə hesablanmayacaq.

Ən sərfəli kredit üçün müraciət et

Vergi dərəcəsinin tədricən - 2025-ci ildə yaşayış minimumunun 1%-dən başlayaraq və 2029-cu ilə qədər ildə bir faiz bəndi əlavə edilməklə (2029-cu ildən - 5%-dən çox olmamaqla) artırılması planlaşdırılır.

Ən sərfəli krediti almaq üçün müraciət et