Türkmənistan birinci yarımildə 40 milyard kubmetrdən çox qaz hasil edib | Banco.az

Türkmənistan birinci yarımildə 40 milyard kubmetrdən çox qaz hasil edib

Müəllif:Mehin Qasımova/Banco.az

Türkmənistanda 2024-cü ilin birinci yarısında təbii qaz hasilatının həcmi 40,2 milyard kubmetr təşkil edib. 

Banco.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin geniş iclasında Dövlət Statistika Komitəsinin sədri Dövlətgəldi Amanmuhammedov bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Amanmühəmmədovun sözlərinə görə, bu dövrdə neft hasilatı 4,16 milyon ton təşkil edib. O qeyd edib ki, birinci yarımildə neft bitumunun istehsalı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 13,2 faiz, mazut istehsalı isə 31,7 faiz artıb.

Qeyd edək ki, Türkmənistan Asiya neft və qaz bazarında ən böyük oyunçudur. Ölkənin karbohidrogen ehtiyatları 71 milyard tondan çox neft ekvivalentində qiymətləndirilir ki, bu da 20 milyard tondan çox neft və 50 trilyon kubmetrdən çox qaz təşkil edir. Türkmənistan təsdiqlənmiş təbii qaz ehtiyatlarına görə dünyada Rusiya, İran və Qətərdən sonra dördüncü yerdədir. 

Ən sərfəli krediti almaq üçün müraciət et