"Bank VTB Azərbaycan"ın kredit portfeli 14% artıb | Banco.az

"Bank VTB Azərbaycan"ın kredit portfeli 14% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

"Bank VTB Azərbaycan" cari ilin birinci yarısında (yanvar-iyun ayları) 4 milyon 720 min manat xalis mənfəət əldə edib.

Banco.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Hesabata görə, 2024-cü ilin 30 iyun tarixinə bankın aktivlərinin həcmi 289 milyon 498 min manat olub. 

Bu ilin birinci yarısında bankın kredit portfelinin həcmi ilin əvvəli ilə müqayisədə 26 milyon 493 min manat və ya 14,2% artaraq 213 milyon manatı ötüb. Bunun da 89 milyon 20 min manatını istehlak kreditləri, 71 milyon 233 min manatını biznes kreditləri, 53 milyon 360 min manatını isə daşınmaz əmlak kreditləri təşkil edib. Hesabat dövründə bankın depozit portfelinin həcmi isə 110 milyon 384 min manat olub. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram