ABŞ hökumətinin büdcə kəsiri ötən ay 71 faiz azalıb | Banco.az

ABŞ hökumətinin büdcə kəsiri ötən ay 71 faiz azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ötən ay ABŞ federal hökumətinin büdcə kəsiri 66 milyard dollar təşkil edib.

Banco.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin iyun ayı üzrə büdcə balansı hesabatını dərc edib.

Hesabata görə, 1 oktyabr 2023-cü ildə başlayan və 30 sentyabr 2024-cü ildə bitəcək 2024-cü maliyyə ilinin iyun ayında federal hökumətin büdcə kəsiri 66 milyard dollar hesablanıb.

İyun ayında hökumətin gəlirləri 2023-cü ilin eyni ayına görə 11 faiz artaraq 466 milyard dollara çatarkən, xərcləri isə 18 faiz azalaraq 532 milyard dollara düşüb.

Federal hökumət ötən ilin eyni ayında 228 milyard dollar büdcə kəsiri ilə üzləşmişdi. Odur ki, büdcə kəsirində ötən ilin eyni ayı ilə müqayisədə 71 faiz azalma qeydə alınıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, iqtisadçılar bu dövrdə büdcənin 71,2 milyard dollar kəsir verəcəyini gözləyirdilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et