Azərbaycandan Rusiyaya pul köçürmələri azalıb | Banco.az

Azərbaycandan Rusiyaya pul köçürmələri azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycandan fiziki şəxslər tərəfindən cari ilin yanvar-mart aylarında Rusiyaya 16 milyon 191 min dollar pul baratları göndərilib. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 18,6% (3 milyon 688 min dollar) azdır. Ötən ilin eyni dövründə bu məbləğ 19 milyon 879 min dollara bərabər olub. 

Qeyd edək ki, ilk 3 ayda Azərbaycandan Rusiyaya fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi daxilolmalarda xüsusi çəkisi 12,3% təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram