ABŞ-da ipoteka müraciətləri azalmağa davam edib | Banco.az

ABŞ-da ipoteka müraciətləri azalmağa davam edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da ipoteka müraciətləri 0,2 faiz azalıb.

Banco.az xəbər verir ki, İpoteka Bankları Assosiasiyasının (MBA) açıqladığı 5 iyulda başa çatan həftənin ipoteka məlumatlarına görə, ipoteka müraciətləri ötən həftə əvvəlki həftəyə görə 0,2 faiz azalıb.

Bu dövrdə mənzil almaq üçün müraciətlər 1 faiz artıb, yenidən maliyyələşdirmə müraciətləri isə 2 faiz azalıb.

Ölkədə 30 illik ipoteka üzrə orta faiz dərəcəsi sözügedən həftə 7,03 faizdən 7 faizə enib. Bu dövrdə 15 illik ipoteka üzrə orta faiz dərəcəsi isə 6,56 faizdən 6,63 faizə yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

MBA-nın vitse-prezidenti və baş iqtisadçı müavini Coel Kan bildirib ki, son vaxtlar ipoteka faizlərinin artması tələbi yavaşlatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et