Müəllif:Ayşən İmanova/Banco.az
“Apple” bazar dəyəri 3,5 trilyon dollar həddini keçən ilk Amerika şirkəti oldu.
Banco.az xəbər verir ki, şirkətin səhmləri dünən “NASDAQ” birjasında keçirilən əsas ticarət sessiyasının nəticələrinə əsasən, 0,44% artaraq bütün zamanların ən yüksək səviyyəsinə – 229,74 dollara çatıb.
Nəticədə, “iPhone” istehsalçısının kapitallaşması 3,507 trilyon dollar təşkil edib ki, bu da şirkətin indiyə qədər əldə etdiyi ən yüksək göstəricidir.
Qeyd edək ki, "Apple" üçüncü dəfədir ki, 3 trilyon dollarlıq həddi keçir. Şirkət ilk dəfə bu cür kapitallaşmaya 3 yanvar 2022-ci ildə, daha sonra isə 30 iyun 2023-cü ildə nail olub.
Bizi sosial şəbəkələrdən izləyin!!