Azərbaycanda 3 il ərzində nə qədər sənaye məhsulu istehsal edilib? – STATİSTİKA | Banco.az

Azərbaycanda 3 il ərzində nə qədər sənaye məhsulu istehsal edilib? – STATİSTİKA

Müəllif:Gülbəniz Hüseyli/Banco.az

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2024-cü ilin yanvar-iyun aylarında 31,5 milyard manatlıq sənaye məhsulu istehsal edilib.
Banco.az DSK-ya istinadən xəbər verir ki, sənaye məhsulunun 65,0 faizi mədənçıxarma sektorunda, 29,2 faizi emal sektorunda, 4,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,9 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 5,3 faiz artıb.
Keçən il isə ölkədə 66,6 milyard manatlıq sənaye məhsulu istehsal edilib.
Bu, 2022-ci illə müqayisədə real ifadədə 1,1 faiz az sənaye məhsulu istehsalı deməkdir. 
Neft-qaz sektorunda məhsul istehsalı 2 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 8 faiz artım qeydə alınıb.
“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası” haqqında hesabatda qeyd olunub ki,  2023-cü ildə əsas kapitala yönəldilən vəsaitin məbləği əvvəlki ilə nəzərən 9,8 faiz artaraq 20,3 milyard manat təşkil edib. 
Əsas kapitala yönəldilmiş investisiyaların 80,9 faizi daxili mənbələr hesabına formalaşmış, investisiyaların 6,3 milyard manatı (30,9 faiz) neft, 14 milyard manatı isə (69,1 faiz) qeyri-neft sektoruna yönəldilib. Hesabat ilində qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmində 9,3 faiz artım qeydə alınıb.
2023-cü ildə sənaye zonalarının rezidentləri tərəfindən 3,3 milyard manat dəyərində məhsul satışı həyata keçirilib ki, bunun da 989 milyon manatı ixracın payına düşür. 2022-ci illə müqayisədə satış 12,5% artıb. Bu dövrdə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 18,6%, ixracında isə 23,6% təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 70-dək ölkəsinə (Kanada, ABŞ, BƏƏ, Çin, Hindistan, İsrail, İspaniya, İtaliya, Avstriya, İngiltərə, Brazilya və s. ölkələrə) ixrac edilib.
Qeyd edək ki, 2022-ci ilin I yarısında 1,3 milyard manat məhsul istehsalı ilə sənaye zonalarının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 14,9 faiz, qeyri-neft sənaye məhsullarının ixracında isə 33,1 faiz (543,9 milyon manat) olub.

Ən sərfəli krediti almaq üçün müraciət et