“PAŞA Bank” müştərilərə "mPOS" məhsulunu təqdim etdi | Banco.az

“PAŞA Bank” müştərilərə "mPOS" məhsulunu təqdim etdi

Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” sahibkarların işini asanlaşdıran həlləri təqdim etməyə davam edir. Belə ki, Bank “mPOS” adlı yeni məhsulu ilə biznes sahiblərinin xidmətindədir.

Depozit və dövriyyə tələbi olmadan sahibkarlar “mPOS” – mobil POS-terminal məhsulundan istifadə edərək təmassız ödənişləri artıq telefonları ilə qəbul edə biləcəklər.

Müştərilər “mPOS”dan istifadə etmək üçün NFC funksiyasını dəstəkləyən “Android” əməliyyat sistemli mobil cihaza sahib olmalıdırlar.

“mPOS” məhsulu bütün vergi ödəyiciləri üçün nəzərdə tutulur. Buraya kart əməliyyatlarını qəbul edən ticarət obyektləri, eyni zamanda bərbər, dərzi, aptek, kiosk və meyvə-tərəvəz mağazaları kimi kiçik bizneslər də daxildir.

Qeyd edək ki, müştərilərə təklif olunan xüsusi kampaniya çərçivəsində 1 oktyabr tarixinədək “Visa” kartları ilə qəbul edilən ödənişlərə görə sahibkarlar komissiya ödəməyəcəklər.

Sahibkarlar “mPOS” məhsulunu həm “Android”, həm də “iOS” əməliyyat sistemli cihazlar vasitəsilə “PAŞA Bank Biznes” mobil tətbiqindən və ya “PAŞA Bank Biznes” veb-platformasından sifariş edə bilərlər.  

Ən sərfəli kredit üçün müraciət et

Daha ətraflı məlumat üçün linkə keçid edin.

Əlavə məlumat üçün Bankın Biznes Mərkəzlərinə və ya *8123 / (+99412) 4965004 (korporativ müştərilər üçün) , *9123 / (+99412) 4965000 (fərdi müştərilər üçün) Əlaqə Mərkəzinə müraciət edə bilərsiniz.

PAŞA Bank müştərilərlə uzunmüddətli əməkdaşlığı yüksək qiymətləndirir və müştəri məmnunluğunun artırılması üzrə mütəmadi olaraq tədbirlər həyata keçirir. Bu səbəbdən də, Müştərilərimizlə daima əlaqədə olmaq və göstərdiyimiz xidmətlər haqqında onların fikirlərini bilmək bizim üçün olduqca mühümdür. Bunu nəzərə alaraq bizimlə bölüşmək istədiyiniz məqamları [email protected] ünvanına elektron məktub yazmaqla çatdıra bilərsiniz.